İran Azərbaycana hücum etsə, İsrail onu vuracaq

0
344

“İran öz mövqeyini gücləndirməyə çalışır. Lakin mövqeyini gücləndirmək üçün konsulluq açmaq, hərbi təlim keçirmək lazım deyil. İran 10 hərbi təlim keçirsə də, Azərbaycana təsiri yoxdur”.

KanalS.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın son hərbi təlimlərini şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, İran Azərbaycana hücum edərsə, İsrail sözsüz ki, İranı vuracaq:

“İranın mövqeyi nə vaxt güclənmişdi? O vaxt ki Azərbaycan vətəndaşları kütləvi sürətdə İrandakı həkimlərdən müalicə alırdı, sosial vəziyyəti aşağı olanlar İrandan ucuz qiymətə ərzaq, qeyri-ərzaq məhsulları gətirərək özlərinə kiçik biznes qururdular. Yəni, İranın hörməti bir qədər bununla göstərilirdi. Lakin indi İranda artım çoxdur, işsizlik səviyyəsi böyükdür. Bu şəraitdə İranda hakim zümrənin milyarder kimi yaşaması camaatı ayağa qaldırıb. Hazırda İranda korrupsiya tüğyan edir, əhalinin yaşayış səviyyəsi çox aşağıdır. Bu da İranın mövqeyinin güclü olmadığını göstərir. İran 10 hərbi təlim də keçirsə, o təlimlərin Azərbaycana təsiri yoxdur. Çünki Azərbaycanın da güclü müttəfiqləri var”.

Z.Əlizadə qeyd edib ki, İran sanksiyalar altındadır və artıq dünyada təklənib:

“İran göstərmək istəyir ki, Azərbaycan Zəngəzura girərsə, o, hərbi müdaxilə edəcək. Düşünürəm ki, İran buna qarışmayacaq. Çünki çox gözəl bilir ki, əgər İran qarışsa, Türkiyə də məsələyə qarışacaq. Türkiyə ilə İran ordusunu müqayisə etsək, üstünlük Türkiyədəir. Eyni zamanda İranda 30 milyon azərbaycanlının yaşadığı unudulmamaldır. Onlar İranın Azərbaycana müdaxiləsinə göz yummayacaqlar. İran Azərbaycana hücum etsə, İsrail sözssüz ki onu vuracaq. Yəni vəziyyət İranın xeyrinə deyil və o, risklərə getməyəcək. Azərbaycana Ermənistanla sülh lazımdır, Zəngəzur dəhlizi yox. Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşsa, Zəngəzurdan, paralel olaraq İran ərazisindən dəmir yolu çəkiləcək. Ondan sonra biz Naxçıvanla sabit, daimi dəmiryol əlaqəsinə malik olacağıq”.

KanalS.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin