Üç qız atası yenə üç qız atası olub

0
70

Üç qız atası yenidən üç qız atası olub.

KanalS.az xəbər verir ki, 30 yaşlı Günel Məmmədova Gəncə Regional Perinatal Mərkəzdə üçəm dünyaya gətirib. Hamiləliyinin 31-ci həftəsində doğulan uşaqların üçü də qız övladıdır.

Körpələr nəzərdə tutulan müddətdən tez dünyaya gəldiyindən bir müddət həkim nəzarətində saxlanılacaqlar. Hazırda həkimlər ananın və körpələrin vəziyyətini normal dəyərləndirirlər.

Bildirilib ki, bu, qadının 4-cü hamiləliyidir. Ailənin 5, 6 və 8 yaşlarında 3 qız övladları var. Oğul arzusunda olan Məmmədovlar ailəsində doğulan 3 qız övladına Nurtəkin, Aytəkin və Gültəkin adları verilib.

KanalS.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin